7 oktyabr 2010 13:07
"Azərbaycanla oyundan xal və ya xallar almalıyıq"
Türkiyə Futbol Federasiyasının başçısı Mahmut Özgener Almaniya və Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarla bağlı öz fikirlərini bildirdi. "İki oyunda iki qalibiyyət yaxşı başlanğıcdır. Amma daha uzun yolumuz var. Almaniya və Azərbaycanla oyunlar çox vacibdir. Əgər istədiyimiz nəticəni əldə edə bilməsək, o zaman başlanğıc nöqtəsinə qayıdacayıq. Bu oyunlardan xal və ya xallar almalıyıq", - azerisport.az xəbər verir ki, bunu Özgener qardaş ölkənin mətbuatına dedi.
