7 oktyabr 2010 15:01
Berti Foqts: Avstriya Azərbaycana ciddi yanaşacaq
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Avstriya ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyundan qabaq mətbuat konfransı verdi. "Əgər Avstriya imkan versə, biz öz oyunumuzu göstərə biləcəyik. Bu ölkənin mentalitetini tanıyıram. Qazaxıstandan sonra onlar Azərbaycana ciddi yanaşacaq", - azerisport.az xəbər verir ki, bunu Foqts dedi.
