7 oktyabr 2010 16:32
Didi Konstantini: Azərbaycana qarşı necə oynayacağımızı bilirik
Avstriya yığmasının baş məşqçisi Didi Konstantini Azərbaycan ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyundan qabaq mətbuat konfransı verdi. "Azərbaycan yığmasından kimisə fərqləndirmək istəməzdim. Komandada 22 futbolçu var, onlardan hər biri meydana çıxa bilər. Sizin komandanızın futbolçularının adlarını o qədər də yaxşı bilmirəm, lakin yığmanızı təhlil etdik. Azərbaycana qarşı necə oynayacağımızı bilirik", - azerisport.az xəbər verir ki, bunu Konstantini dedi.
