7 oktyabr 2010 16:50

Zaur Tağızadə məşqçi oldu

Futbolçu karyerasını yenicə bitirmiş Zaur Tağızadə "Neftçi" klubunun əvəzedici heyətinin məşqçisi vəzifəsinə təyin olunub. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, klubun bazasında "Neftçi" rəhbərliyinin və məşqçilər korpusunun iştirak etdiyi mərasimdə yeni məşqçini təqdim edən klub prezidenti Sadıq Sadıqov Zaur Tağızadənin müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən güclü oyunçulardan biri olduğunu bildirib.

"Zaurun xüsusi təqdimata ehtiyacı yoxdur. O, Azərbaycan futbolunda "Qızıl oğlan" kimi ad qazanıb. Onun "Neftçi"-nin uğurlarında əməyi böyükdür. Tağızadəni diqqətimizdən kənar saxlaya bilməzdik. Özünün də istəyi ilə ona "Neftçi"-nin əvəzedici heyətinin məşqçisi vəzifəsini etibar etdik. İnanıram ki, Zaurun məşqçiliyi də futbolçu karyerası kimi parlaq olacaq".
 
Yeni məşqçi klub prezidentinə ona göstərilən etimada görə təşəkkürünü bildirib: "Futboldan, xüsusilə də "Neftçi"-dən ayrı qalmaq mənə çətin idi. Artıq məşqçi kimi doğma komandama kömək etmək qərarına gəldim. Sağ olsun Sadıq müəllim, təklifimi dərhal qəbul elədi. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam".
 
Qeyd edək ki, ötən mövsümədək "Neftçi"nin şərəfini qoruyan Tağızadə əvəzedici heyətin bundan sonrakı oyunlarına hazırlaşmasında baş məşqçi İqor Getmana kömək edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.