7 oktyabr 2010 17:05
Didi KONSTANTİNİ: Gözlənilməz nəticə olacağını istisna etmirəm
Avstriya yığmasının baş məşqçisi Didi Konstantini Azərbaycan ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyundan qabaq mətbuat konfransı verdi.
"Komandam hər oyunda qələbə qazanmaq istəyir. Və Azərbaycanla görüş bizim üçün istisna olmamalıdır. Rəqibi məğlub etməliyik. Bunu təkcə evdə oynadığımıza yox, üç xal lazım olduğuna görə etməliyik", - azerisport.az xəbər verir ki, bunu Konstantini dedi.
Avstriya yığmasının çalışdırıcısı Bertiq Foqtsun Qazaxıstandan sonra rəqib Azərbaycana qarşı daha ciddi yanaşacağı haqqında dediyi sözlərə də toxundu. "Biz Qazaxıstana da ciddi yanaşırdıq, onların qapı qarşısında xeyli təhlükəli vəziyyətlər yaraddıq. Sadəcə olaraq bundan istifadə edə bilmədik. Alman və Avstriya futbolu barəsində bilən baş məşqçisi olan komandanı hörmət etməmək mümkündürmü?", - Konstantini bildirdi.
Azərbaycan və Qazaxıstanı müayisə etdikdə isə, Avstriyanın baş məşqçisi bunları dedi: "Azərbaycanın oyunlarına baxmışam. Onlar qazaxlardan min dəfə güclüdür. Rəqibin futbolçularının adlarını o qədər də yaxşı bilmirəm. Lakin biz təhlükəni hər bir oyunçudan gözləyirik. Kimisə konkret olaraq fərqləndirmək istəməzdim, amma Foqtsda bir-iki yaxşı oyunçu var".
"Gözlənilməz nəticə olacağını istisna etmirəm. Foqtsun rəhbərliyi altında Azərbaycan tərəqqiyə nail olub. Qazaxıstanla görüşdən fərqli olaraq bu dəfə daha yaxşı oynamağa çalışacayıq", - mütəxəssis dedi.
Xatırladaq ki, Avstriya – Azərbaycan oyunu sabah, oktyabrın 8-də Vyanadki "Ernst Happel" stadionunda Bakı vaxtı ilə saat 23:30-da baş tutacaq.
