7 oktyabr 2010 00:00
Avstriya əsas hücumçusunu itirə bilər
Avstriya yığması Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunda əsas hücum silahı olan Mark Yankonun xidmətlərindən istifadə edə bilməyəcək. Azerisport.az xəbər verir ki, Yanko komandasının dünənki məşqində ayağını dartıb və bu səbəbdən Azərbaycanla oyunu buraxa bilər.
Mənbə: Salzburger Nachrichten
