7 oktyabr 2010 00:05
Hiddink karyerasını bitirmək niyyətindədir
Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddinq karyerasını bitirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, o, məşqçilik karyerasında Türkiyə yığmasının çalışdırdığı son komanda olduğunu bildirib.
"2014-cü ildə karyerama elə Türkiyədə son qoyacağam. Braziliyada keçiriləcək 2014-cü il mundialında Türkiyəni ucaltmaq istəyirəm. Bununla da məşqçilik karyeramı bitirəcəm", - Hiddink dedi.
Xatırladaq ki, Hollnadiya mütəxəssisin hazırda rəhbərlik etdiyi Türkiyə yığması AVRO-2012-nin seçmə mərhələsinin A qrupunda Azərbaycanla bir yerdə qərarlaşıb.
Mənbə: Fanatik
