7 oktyabr 2010 00:12
"Azərbaycanla oyunda aqressiv olmalıyıq"
Avstriya yığmasının hücumçusu Stefan Mayerhofer Azərbaycan millisi ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunla bağlı öz fikirlərini bildirdi. "Azərbaycanla qarşılaşmada biz aqressiv olmalıyıq. Bu oyundan üç xal götürmək lazımdır. Biz komandamızın gücünə bələdik və bunu göstərmək niyyətindəyik", - azerisport.az xəbər verir ki, bunu 28-yaşlı futbolçu bildirdi.
Onun sözlərinə görə, əsas heyətdə yer alan hər bir futbolçu bu görüşdə nəyə qadir olduğunu göstərmək istəyir: "Hər birimiz Azərbaycanla oyunda özünü göstərmək istəyir"
Mənbə: Kleinezeitung
