7 oktyabr 2010 12:14
Qus Hiddink: Azərbaycanla görüş Almaniya ilə keçiriləcək oyun kimi vacibdir
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink Arda Turanın zədəsi və Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi. "Almaniya ilə oyuna 1 gün qalır. Buna görə də Ardanın sağlamlığı ilə rik etməyəcəyik. Və əgər Ardanın zədəsi daha da pisləşsə, onu yığmanın heyətindən çıxardacayıq. Azərbaycanla oyunda da o bizə kömək edə bilməyəcəksə, onun yerinə alternativ tapacayıq", - azerisport.az xəbər verir ki, bunu Hiddink dedi.
Həmçinin onun sözlərinə görə, Azərbaycanla oyun çox vacibdir: "Azərbaycanla görüş Almaniya ilə keçiriləcək oyun kimi vacibdir".
