8 oktyabr 2010 13:50
ÖRF: Avstriya Azərbaycanı mütləq məğlub etməlidir
Avstriyanın ÖRF telekanalının idman icmalçısı qarşıda gələn Azərbaycanla oyun barəsində öz fikirlərini bildirdi. "Avstriya Azərbaycanı mütləq məğlub etməlidir. Əgər komanda bunu edə bilməsə, o zaman Didi Konstantini ilə ciddi söhbət olacaq. Seçmə mərhələni iki qələbə ilə başlamağ üçün əla imkanımız var. Və bu cür fürsəti əldən vermək lazımsızdır" , - azerisport.az xəbər verir ki, bunu telekanalının icmalçısı dedi.
