8 oktyabr 2010 14:14
Jaba: Mən hələ futbol karyeram ərzində belə haqsızlıq görməmişdim
"Bakı" futbol klubunun braziliyalı hücumçusu Silvinyo Joao De Karvalyonun (Jaba) Azərbaycan Premyer-liqasının 8-ci turunun "Xəzər lənkəran" – "Bakı" oyunundaki qırmızı vərəqə aldığı epizodla bağlı öz fikrini bildirdi. Azerisport.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Jabanın sözlərinə görə, qarşılaşmanın 73-cü dəqiqəsində yer alan hadisəyə səbəb rəqib futbolçunun kobudluğu olub.
"Həmin oyun anında top məndə idi. Meydan sahiblərinin 8 nömrəli oyunçusu (Konstantin Arbanas) mənə qarşı kobud oynadı, əlləri ilə tutaraq yerə yıxdı və ayağa qalxmağıma mane oldu. Top mənim əlimdə idi və mən oyunu davam etdirmək istəyərkən, o yenə qarşımı kəsdi, mənə mane olmağa başladı. Bütün bunlar oyunun hakiminin Fariz Yusifovun gözünün qabağında baş verir. Rəqib bir oyun vəziyyətində 3 qayda pozuntusuna yer verdi: kobudluq etdi, oyunun davam etdirilməsinə mane oldu və simulyasiyaya əl atdı.
Hakimin mənə qırmızı vərəqə göstərməsi üçün heç bir səbəb yox idi. Hakim rəqibi cəzalandırdırmalı olduğu halda, əksinə, kobudluq və ardından hakimin aldadılmasına yönələn simulyasiyaya yol verən futbolçunun fitvası ilə mənim cəzalandırılmağıma nail oldu. Bunu hamı gördü.
Qayda pozuntusuna məruz qalan da mən, rəqibə toxunmadığım halda hakim tərəfindən oyundan kənarlaşdırılan da mən? Bu necə ola bilər, axı, o bir neçə addımlıqda idi? Onu Allaha tapşırıram, bu qərar onun vicdanının öhdəsində qalır.
Bu azmış kimi AFFA Nizam-İntizam komitəsi mənə 4 oyunluq cəza kəsir. Mən hələ futbol karyeram ərzində belə haqsızlıq görməmişdim. Mən peşəkar futbolçu kimi hansı hərəkətin hansı cəzaya layiq olduğunu yaxşı bilirəm, AFFA-nın bu ədalətsizliyi aradan qadırara qırmızı vərəqəmin ləğv olunaraq silinməsini gözlədiyimiz bir anda heç bir məntiqə əsaslanmayan belə bir biabirçı qərar verilir. Nə üçün klubumuza və şəxsən mənə qarşı qərəzli qərar qəbul olunduğunun səbəbini başa düşə bilmirəm. Belə qərarlar Azərbaycan futbolunun imicinə zərbə endirir. Bu adamların məqsədi nədir?
Mən Azərbaycan futbolunun rəhbərliyinə müraciət edirəm edirəm. Haqqımda qərəzli cəza verilməsi ilə bağlı etirazımı bildirirəm. Haqq-ədalətin bərpasını və hadisəyə uyğun adekvat qərar verilməsini tələb edirəm.
Futbol klubuna, futbolçuya, azarkeşə qarşı belə haqsızlıq etmək olmaz. Tanrı bu ədalətsizliyi qəbul etməz", - Jaba klub saytına bildirdi.