8 oktyabr 2010 14:44
"Yığmamız hücum etməyi unutmamalıdır"
Azərbaycan yığmasının keçmiş baş məşqçisi Ağasəlim Mircavadov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyunu ilə bağlı öz fikirlərini bildirdi. "Oyun maraqlı alınmalıdır. Əgər yığmamız layiqli oyun göstərsə, o zaman xalsız qalmayacaq. Komanda oyununu sərgiləməliyik və hücumu da unutmamaq lazımdır. Topu saxlamaq, cinahlardan istifadə etmək lazımdır. Bu gün komandada azərkeşləri sevindirmək üçün hər şeyi var", - Mircavadov dedi.
