8 oktyabr 2010 14:57
Araz Azərbaycanda oynamayacaq
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində keçiriləcək oyunlara ev sahibliyi edəcək ölkələr müəyyənləşib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunlar Portuqaliya, Rusiya, Qazaxıstan və Serbiyadır.
Elit-raundun püşkatma mərasimi oktyabrın 12-də, İsveçrənin Nyon şəhərində keçiriləcək.
Xatırladaq ki, futzal üzrə UEFA kubokunun əsas mərhələsində bütün oyunları qələbə ilə başa vuran təmsilçimiz "Araz" elit-raundda çıxış etmək hüququ qazanıb.
