8 oktyabr 2010 16:01
Kamal Quliyev: Avstriyaya heç olmasa bir qol vurmalıyıq
Azərbaycan yığmasının keçmiş yarımmüdafiəçisi Kamal Quliyev AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyunu barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Vəziyyəti tam təhlil edə bilmirəm, çünki Vyanada deyiləm. Amma hesab edirəm ki, millini çətin oyun gözləyir. Avstriya nə Alamniya, nə də ki Türkiyədir, onunla oynamaq olar. Əgər biz yaranan vəziyyətlərdən ağılı istifadə edə bilsək, o zaman nəyəsə nail ola bilərik. Heç-heçə bizim üçün yaxşı nəticə olardı. Lakin müsbət nəticəyə nail olmaq üçün, heç olmasa bir qol vurmalıyıq", - Quliyev dedi.
