8 oktyabr 2010 16:17

Zaur TAĞIZADƏ: Əsas odur ki, Neftçi`nin futbolçuları qol vurmağı bacarır

Azerisport.az sizə "Neftçi" klubunun ulduzu, komandada yenicə məşqçi vəzifəsinə təyin olunmuş Zaur Tağızadənin müsahibəsini təqdim edir.
 
Zaur, öncə "Neftçi" klubunun əvəzedici heyətinə məşqçi vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirik, fəaliyyətinizdə uğurlar arzulayırıq. Bilmək istərdik ki, peşəkar futbolçu karyeranızı bu il başa vurmaq planlarınıza daxil idimi?
Düzünü deyim ki, planımda yox idi. Ən azı 1-2 il də oynamaq istəyirdim. Lakin axır illər tez-tez zədələnirdim, tam qüvvəmlə oynaya bilmirdim.
 
Digər klublardan təkliflər alırdınızmı?
Bəli. Amma onların heç birini qəbul etmirdim. Çünki karyeramı "Neftçi"-də başa vurmaq istəyirdim. Hamıya deyirdim ki, sonuncu klubum "Neftçi" olacaq. Və belə də oldu.
 
"Neftçi" rəhbərliyinin sizə məşqçi təklifini necə qarşıladınız?
Klubun prezidenti Sadıq müəllimə minnətdarlığımı bildirirəm. Məşqçi işini o, mənə təklif etdi. Bəzi problemlərim olduğuna görə, rəhbərlikdən fikirləşmək üçün bir qədər möhlət aldım. Düşündükdən sonra öz istəyimlə "Neftçi"-yə qayıtdım. Komandaya xeyir vermək istəyirəm.
 
Yəqin ki, "Neftçi"-yə bağlılığınız da qərarınıza təsir göstərdi?
"Neftçi" üçün darıxmışdım. Cəmi 5 ay əvvələdək flaqmanın oyunçusu olmağıma baxmayaraq, komandadan kənarda qala bilmirdim. İstər-istəməz hər şey məni "Neftçi"-yə tərəf çəkdi. Çünki bu kluba sevgim sonsuzdur.
 
Məşqçilik fəalliyətinə nisbətən aşağıdan - əvəzedici heyətin məşqçisi postundan başlamağınız düşünülmüş addımdır, yoxsa sadəcə, belə alınıb?
Bəli, bu, düşünülmüş addımdır. Futbol mənim üçün yad sahə deyil. Ancaq bu vaxta qədər məşqçi işləməmişəm. Ona görə də fəaliyyətimə əvəzedici heyətdə başlayıb, təcrübə toplamağı məqsəduyğun saydım.
 
Əslində, məşqçi işi çox strestlidir, böyük enerji, səbir, diqqət tələb edir. Bu işin məsuliyyətindən ehtiyatlanmırsınız ki?
Məşqçiliyin məsuliyyətli, çətin iş olduğunu bilirəm. Amma istənilən halda, özümü bu sahədə yoxlayacağam. İnşallah, yəqin ki, nəticə yaxşı olar.
 
Artıq "Neftçi"-nin görüşlərini kənardan izləyirsiniz. İndiki flaqman sizdə necə təəssürat oyadır?
Komandanın oyun üslubu olduğu üçün birinci pillədə qərarlaşıb. Əsas odur ki, "Neftçi"-nin futbolçuları qol vumağı bacarırlar. Ötən mövsüm bizdə ən böyük problem hücumun "dişsizliyi" idi.
 
"Ağ-qaralar"-ın çempionluq şansını necə dəyərləndirirsiniz?
"Neftçi"-nin qızıl medalları qazanmaq şansını yüksək qiymətləndirirəm. Komandaya istedadlı, bacarıqlı futbolçular toplaşıblar. Son 5 ildə 1-ci yeri tuta bilməmişik. Bu mövsüm çempion olmalıyıq.
 
Mənbə: "Neftçi"-nin rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.