8 oktyabr 2010 00:20
Ölkə prezidenti oyun zamanı rəqib komandasının oyunçusuna zərbə endirdi (VİDEO)
Boliviya prezidenti Evo Morales "Moralesin dostları" və "Qorxusuz hərəkat" partiyasının komandaları arasında keçirilən futbol üzrə yoldaşlıq görüşündə rəqib komandasının oyunçusununu üzündən vurdu. Azerisport.az xəbər verir ki, bu hadisədən 10 dəqiqə əvvəl həmin oyunçu Moralesin ayağından zərbə endirdi və görünür ki, ölkə prezidenti bunu unudmadı. Oyundan sonra polis həmin futbolçu saxlamaq istəyirdi, lakin qarşılaşmanın baş hakimi onları başa saldı ki, futbolda bu cür insidentlər baş verir.
Qeyd edək ki, 51-yaşlı Morales Boliviyanın yarımpeşəkar "Litoral" klubunun hücumçusudur.
