8 oktyabr 2010 12:48
Emin İmaməliyev: Yığmamıza inanıram
Azərbaycan yığmasının veteranı Emin İmaməliyev AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyunu barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "İnanıram ki, yığmamz yaxşı futbol və nəticə göstərəcək. Şübhəsiz ki, Almaniyaya məğlubiyyətdən sonra (1:6) komanda özü üçün nəticə çıxartdı. Başqa cür ola da bilməz. Əgər bunu etməyiblərsə, o zaman Vyanada hər şey daha da pis olacaq", - İmaməliyev dedi.
Onun sözlərinə görə, Almaniyadaki darmadağından sonra yığmamız yenə də böyük hesabla məğlub olacağına inanmaq çətindir: "Amma çətin ki bu baş versin. Nəticədə biz uğurlu oyun göstərə biləcəyik".
