9 oktyabr 2010 13:00
Türkiyə Bakıya itkilərlə gələcək
Türkiyə yığmasının iki futbolçusu – Servet Çetin və Mehmet Aurelio – Azərbaycanla görüşdə oynaya bilməyəcək. Azerisport.az xəbər verir ki, hər iki futbolçu Berlində keçirilən görüşdə zədələnib və bu səbəbdən Bakıdaki görüşdə çıxış edə bilməyəcək.
Qeyd edək ki, Almaniya – Türkiyə oyunu 3:0 hesabı ilə başa çatdı.
