9 oktyabr 2010 13:42
Rəşad SADIQOV: Türkiyəyə mütləq qalib gəlməliyik
Azərbaycan yığmasının kapitanı AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya ilə keçiriləm görüşdən sonra (0:3) azerisport.az saytına müsahibə verdi.
Bu cür böyük hesablı məğlubiyyətin səbəbi nədədir?
Səhv buraxırdıq, rəqib isə bundan istifadə edirdi. Demək olar ki, hər bir səhvimiz qola çevrilirdi. Açığı deyim ki, buraxılan qol məamlarını nəzərə almasaq, qapımız qarşısında heç bir təhlükəli vəziyyət yaranmırdı.
İlk qolu standart vəziyyətdən sonra buraxdır. Ötürmədən sonra başla zərbə endirildi və hesab açıldı.
Bilirdik ki, avstriyalılar standart vəziyyətlərdə güclüdür. Bunun üzərində çoxlu çalışırdıq. Lakin sadə səhv qola gətirib çıxartdı.
Sonradan isə nə baş verdi?
Düşünürəm ki, ilk 45 dəqiqə biz heç də pis görünmürdük. İkinci hissədə isə komandada sadəcə güc çatmadı.
Rauf Əliyevlə epizodda penalti olmalıydımı?
Sözsüz ki, olmalıydı.
Türkiyəyə qarşı oyundan nə gözləmək lazımdır?
Bu görüşə yaxşı hazırlaşmaq üçün Vyana məğlubiyyətini unutmalıyıq. Dörd gündən sonra evdə oynayacayıq. Bu bizim doğma divarlar arasında ilk oyunumuz olacaq. Mütləq qalib gəlməliyik. Azərkeşləri sevindirmək, daha aqressiv oyun göstərmək lazımdır.
Avstriya kimi komandalar üzərində qələbə qazanmaq üçün bizə nə lazımdır?
Bizə elə oyunçular lazımdır ki, onların əcnəbi çempionatlarda çıxış təcrübəsi olsun. Avstriya yığmasının heyətindəki legionerlərin sayına baxın. Bizdə cəmi iki legioner var: Mahir Şükürov və mən. Lakin baxın biz harada oynayırıq, onlar harada.
