9 oktyabr 2010 14:03
Qarabağ`ın müdafiəçisi qələbə qazana bilmədi
Azərbaycanın "Qarabağ" klubunun müdafiəçisi Ansi Aqolli Albaniya yığmasının heyətində növbəti oyunda iştirak etdi. Azerisport.az xəbər verir ki, Bosniya və Herseqovina ilə oyun 1:1 hesabı ilə başa çatdı. Aqolli meydanda 90 dəqiqə keçirdi. Azərbaycanın digər təmsilçiləri Elvin Beqiri ("Xəzər-Lənkəran") və Admir Teli ("Qarabağ") ehtiyyat skamyada qaldılar.
