9 oktyabr 2010 02:13
Berti Foqts: Bir az bəxtimiz gətirmədi
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya ilə keçirilmiş oyundan sonra (0:3) öz fikirlərini bildirdi. "Avstriyanı təbrik edirəm. Onlar bu qələbəyə layiq idi. Bizim səhvlərimizdən yaxşı istifadə etdilər. Rəqib standart vəziyyətləri yaxşı yerinə yetirdiyini bilirdik. Erkən qola baxmayaraq, komandam futbol göstərə bildi. İkinci qolu isə hücuma getdiyimiz üçün buraxdıq. Sonuncu qolda isə bir az bəxtimiz gətirmədi. Oyunçularımı mətbuatda tənqid etmirəm. Hər şey onların özlərinə şəxsən deyirəm", - Foqts vurğuladı.
