9 oktyabr 2010 14:14
Yurqen Maxo: Penaltinin verilməməsi oyunun nəticəsinə təsir etməyəcəkdir
Avstriya yığmasının qapıçısı Yurqen Maxo AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunda sonra (3:0) öz fikirlərini bildirdi. "Bilmirəm, ola bilsin ki, penalti var idi. Lakin ilk yarıda rəqibin cərimə meydançasında da mübahisəli məqam olmuşdur. Buna görə də mən düşünmürəm ki, bu məqam oyunun nəticəsinə təsir edə bilərdi. Layiqli qələbə qazandıq", - Maxo dedi.
