9 oktyabr 2010 02:24
Didi Konstantini: Yenə də deyirəm, Azərbaycan Qazaxıstandan güclüdür
Avstriya yığmasının baş məşqçisi Didi Konstantini AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan ilə keçirilmiş oyundan sonra (3:0) öz fikirlərini bildirdi. "Şadam ki, qələbə qazana bildik. İndi turnir cədvəlindəki vəziyyətimiz yaxşılaşdı. Baxmayaraq ki, qeyri-stabil oyun göstərdik, futbolçuların istəyi öz sözünü dedi. Mən hələ də hesab edirəm ki, Azərbaycan Qazaxıstandan güclüdür. Çünki Qazaxıstan müdafiədən oynayırdı, Azərbaycan isə qalib gəlmək üçün hücum edirdi", - Konstantini dedi.
