9 oktyabr 2010 02:30

İkinci futbol dərsi və yaxud növbəti biyabırçılıq?

Bu gün AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Vyanada Azərbaycan Avstriyanın qonağı oldu. Azerisport.az xəbər verir ki, millimiz təsnifatdaki ikinci görüşdə də darmadağın olundu.

İlk yarıda Azərbaycan heç də pis görsənmirdi. Baxmayaraq ki, yığmamız artıq 3-cü dəqiqədə qol buraxdı, bütövlükdə komanda öz oyunu ilə müsbət təsir bağışladı. Yenə də standart vəziyyətlərdə normal müdafiə olunmaq bacarığın yoxluqu öz sözünü dedi. Və söhbət ümumiyyətlə bütün standart vəziyyətlərdən yox, təkcə künc zərbələrindən gedir. Məhz bu nöqtədən göndərilən top nədənsə həm futbolçularımızı, həm də qapıçımızı (bu da ən pisi) çaş-baş salır. Taley elə gətirib ki, azərbaycanlı qapıçılar (ustalıq səviyyəsindən asılı olmayaraq) künc zərbələrindən sonra mövqeylərini itirir, qapı xəttində ora-bura qaçır. İlk qolda Kamran Ağayevi günahladırmaq olmaz. Sadəcə bu dəfə də o mövqeyini itirmişdir. Lakin itirməsəydi də, qol olacağdı: çünki rəqib futbolçu rahatlıqla, heç kəs tərəfdən heç bir maneyə törədilmədən Predl qapıya başla zərbə endirdi. Ancaq erkən qola baxmayaraq, komandamızı ruhdan düşmədi (nə əcəb?). Əksinə, təşəbbüsü əlinə keçirməyə çalışırdı və ilk yarının hardasa 20-25 dəqiqəsi Azərbaycanın diktəsi altında keçirdi. Amma avstriyalılardan fərqli olaraq, bizim futbolçularımız sürətli əks-hücum və ya ümumiyyətlə hücum qurmağda nəinki çətinlik, əzab-əziyyət çəkirdi. Və bunun səbəbinə biz hələ toxunacayıq.
 
İkinci hissədə isə komandanın "siması" dəyişdi. Sanki fasilə yalnız Avstriya yığması üçün idi. Azərbaycanlılar isə bu 15 dəqiqəlik fasilə ərzində elə bil meydanın kənarında da qaçırdı. Ola bilsin ki, məhz buna görə komanda ikinci 45 dəqiqədə "ağır" görsənirdi. Və bunun məntiqi nəticəsi kimi yenidən hissənin əvvəlində qapımızda növbəti qol görürük. Maraqlıdırki hər iki qolda Samir Abbasovun iştirakı olub. Daha dəqiq desək, onun iştiraksızlığı. Məhz Abbasov birinci qolda Predli, ikinci qolda isə Arnautoviçi tumalı idi. Lakin hər iki anda o hardasa başqa yerdə idi. Ümumiyyətlə Abbasov hansı amillərə müvafiq olaraq millinin əsas heyətində yer alır – böyük bir sualdır. Sırf təkbətək mübarizədə, yəni oyunçu ilə üz-üzə gələn zaman o çox yaxşı təsir bağışlayır. Lakin topla rəftar, qısa və uzun (olanda) ötürmələr, mövqe seçimi – bu "fəndlər üzrə Samir "2" alır"! Yaxşı, olsun "2+"…
 
Fikrimizcə Foqtsun əsas səhvi Vaqif Cavadovu oyuna buraxması idi. Bu futbolçu heçnə alınmırdı. Nə özü hücum qururdu, nə də ki komanda yoldaşlarına imkan verirdi. Əsasən ikinci hissədə bu açıq-aşkar görünürdü. Foqtsu başa düşmək olar, o Vaqifə inandığını nümayiş etdirir. Əlbətdə, futbolçu üçün bu çox vacib amildir. Amma Vaqifin oyunu yoxdur. Nə rəqibi keçə bilir, nə normal ötürmə verə bilir və hətta komanda yoldaşlarını da baş düşmür. Və bu yığmamızın pleymeykeri! Bu elə bir ampluadır ki, o hər bir futbolçunu, hətta rəqib futbolçularını da hiss etməlidir. Vaqifdə isə bu itib. Yaxşı, başa düşürük, bu oyunçu tam optimal formasında deyil. Bəs onda nəyə görə o əsas heyətdədir?
 
Vaqif, SƏNƏ NƏ OLUB AXI? Bu nə oyundur? Məgər düzgün ötürmə etmək, komanda yoldaşlarını başa düşmək üçün optimal formada olmaq lazımdır? Yaxşı, oyun praktikası uzun müddət yox idi. Bəs məşqlərki var idi! Yoxsa bu məşqlərdə top istifadə olunmurdumu? Nə isə…
 
Bütövlükdə komanda yaxşı oyun göstərdi. Kölnədki biyabırçılıqdan sonra bu dəfə yığmamız qat-qat yaxşı oynadı. Lakin ayrı-ayrılıqda götürsək, bu görüşdə yarımmüdafiə xətti özünü tam gücdə göstərə bilmədi. Misal üçün Mahir Şükürovun sağ cinahdan keçidləri alınmırdı. Sol cinahda isə əsasən Vaqif oynayırdı… Yeganə nominal hücumçumuz Rauf Əliyev idi. O da əgər arxaya çəkilməsəydi, topu ayağları altında görməyəcəkdir. Həmçinin ona qarşı edilən kobudluk hakim tərəfindən nədənsə simulyasiya kimi qiymətləndirildi. Çox maraqlıdır… Yəgin ki, hakim elə fikirləşdi ki, Rauf "dəhşətcəsinə" qüvvətli bir insandır və o heç bir zərbədən yıxıla bilməzdir. Məhz buna görə də – simulyasiya.
 
Bu oyunda müdafiənin mərkəzi və Rail Məlikov çox yaxşı oynadılar. Saşa Yunisoğlu ikimetrəlik "nəhəngə" – Stefan Mayerhoferə rahat nəfəs salmağa imkan vermirdi. Ümumiyyətlə avstriyalı hücumçuları uzun boyları ilə seçilirdi. Hər dəfə "ikinci mərtəbədə" mübarizə zamanı, futbolçularımız çətinliklə üzləşirdi. Rəqibin heyətində isə xüsusən Marko Arnautoviçi qeyd etmək olar. Sözsüz ki bu çox istedadlı futbolçudur. 21-yaşlı futbolçu bu görüşdə öz texnikasını bir neçə dəfə göstərə bildi. Həmçinin son iki qolun müəllifi də oldu. Ancaq bu futbolçu nə qədər istedadlıdır, o qədər də "ulduzlu". Yəni "ulduz xəstəliyinin" ən ağır vəziyyətli pasiyentidir. Bu gənc futbolçunun "ulduzluğu" yanında bizim bəzi oyunçularımızın "ulduzluğu" heçnədir. Amma gəlin oyuna qayıdaq…
 
Daha dəqiq, yığmamızın futboluna. Komandanın oyununda bir məqamı qeyd etmək istərdik. Və hesab edirik ki, bunu əsas nöqsan saymaq olar: hücuma keçə bilmirik. Kimsə başa sala bilərmi nəyə görə topu mərkəzdə ələ keçirən zamanı yarım saat onunla sağ-sola qaçmaq lazımdır? Bu sözlər Abbasov və Rahid Əmirquliyevə aiddir. Düzdür, etiraf edək ki, Rahidin driblinqi var və ondan yaxşı istifadə edə bilir(ər). Lakin nəyə görə bu driblinqi bir nöqtədə edir? Ay bala, ya irəliyə get, ya ötürmə ver – topu özündə çox saxlama. Əsasən ikinci hissədə. Artıq hesab 2:0 olandan sonra avstriyalılar oyunu sanki yola verirdi. Əgər irəlidə kimsə açılırdı topu na uzun ötürmə ilə göndərirdilər. Əks halda müdafiəçilər öz aralarında paslaşırdı.
 
Artıq üç gündən sonra yığmamızı Türkiyə komandası ilə oyun gözləyir. Və nəzərə alsaq ki, Türkiyə də Almaniyaya böyük hesabla məğlub oldu (0:3), bu zaman 100-faizlik əminliklə demək olar ki, türklər vətənə qələbə ilə qayıtmaq istəyəcək.
 
Biz isə yenə də, həmişə olduğu kimi, növbəti dəfə gələcəyə ümidlə baxacayıq…
 
P.S. Qeyd etmək istərdik ki, Qafqaz qonuşularımız, xüsusən Ermənistan və Gürcüstan öz oyunlarında müvafiq olaraq Slovakiya (3:1) və Maltanı (1:0) məğub edib. Biz isə növbəti dəfə məğlub olduq. Budur inkişaf?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.