9 oktyabr 2010 12:05
Rauf Əliyev: Hakim təmiz 11-metrəlik zərbəni təyin etmədi
Azərbaycan yığmasının forvardı Rauf Əliyev Avstriya ilə oyunda hakim tərəfindən təyin edilməyən penalti ilə bağlı azerisport.az saytına öz fikirlərini bildirdi. "Penalti var idi. Bu dəqiqdir. Məni cərimə meydançasında yıxdılar, hakim isə təmiz 11-metrəlik zərbəni təyin etmədi. Bu zamış kimi, hələ məni cəzalandırdı", - Əliyev dedi.
