9 oktyabr 2010 12:10
Mahir Şükürov: Qolları öz səhvlərimiz ucbatından buraxdıq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Şükürov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya ilə keçirilmiş oyun barəsində (0:3) azersport.az saytına öz fikirlərini bildirdi. "Səviyyə fərqi öz sözünü dedi. Lakin bu dəfəki oyunu Almaniya ilə keçirilən görüşü müqayisə etsək, biz daha yaxşı görünürdük. Həmçinin yətin edilməmiş penalti də bizə təsirini etdi. Qolları isə öz səhvlərimiz ucbatından buraxdıq", - Şükürov dedi.
