9 oktyabr 2010 12:26
Kamran Ağayev: Hər kəs Azərbaycan və Avropa futbolu arasında fərqi görür
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya ilə keçirilmiş oyun barəsində (0:3) azersport.az saytına öz fikirlərini bildirdi. "Əgər görsəm ki Türkiyə ilə oyunda məğlub oluruq, o zaman dava etməyə başlayacam. Qoy klublarımız bizi xaricə buraxsın. Hər kəs bizim və Avropa futbolu arasında fərqi görür. Yanvarda müqaviləm başa çatır. Və ola bilsin ki, gedəcəm", - Şükürov dedi.
