10 oktyabr 2010 16:01
Foqts iki futbolçunu millidən kənarlaşdırdı
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Türkiyə yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının hazırlıq posesindən iki futbolçu kənarda qalıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Berti Foqts Maksim Medvedev zədəli olduğuna, Fabio Luis Raminin isə hazırlıq səviyyəsi qənaətbəxş olmadığına görə heyətdən çıxarılıb.
