10 oktyabr 2010 16:24
Millimizin daha bir futbolçusu Türkiyə ilə oyunu buraxa bilər
Azərbaycan yığmasının yarımmüdafiəçisi Samir Abbasov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, yığmanın bu günkü məşqində Abbasov digər futbolçulardan ayrı məşq edirdi. "Mənim zədəm var. Bilmirəm, oyunda çıxış edə biləcən yoxsa yox. Ola bilsin ki, bu görüşdə oynamayım", - Abbasov dedi.
