10 oktyabr 2010 17:56

Vaqif CAVADOV: Qrupdan çıxmaq məqsədimiz yoxdur

Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Avstriya ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra (0:3) azerisport.az saytına müsahibə verdi.

Vaqif, komanda ikinci böyük hesablı məğlubiyyətlə üzləşdi. Vyanada yığma ilə nə baş verdi?
Oyuna çox ciddi hazırlaşırdıq. Rəqibi, onun oyununu təhlil edirdik. Biz sadəcə yaxşı nəticə qazanmaq istəyirdik. Mən hətta deyə bilərəm ki, biz Avstriya üzərində qələbə qazanmağı çox istəyirdik. Almaniyadaki darmadağından sonra hər şeyi düzəltmək istiyərdik. Ancaq alınmadı.
 
Avstriya komandamızı nə ilə üstələdi?
Onlar erkən qol vuraraq, özlərini rahat hiss etməyə başladı. Deməzdim ki, biz heçnə edə bilmirdik, çünki komandamız hücum etməyə çalışırdı. İlk yarını biz yaxşı keçirdik, lakin sonradan baş verənlər... Ola bilsin ki, ikinci hissəyə gücümüz çatmadı.
 
Vətənə ikinci dəfə məğlubiyyətlə qayıtmaq ağır deyil?
Bu bizə çox pis təsir edir. Qohumlar, dostlar, yaxınlar – hamısı bizə görə həyəcan keçirirdi. Biz isə başımız aşağı gəzməyə məcbur idik.
 
Bu məğlubiyyət Türkiyə ilə keçiriləcək oyuna necə təsir edəcək?
Vyana haqqında unutmalıyıq. Qrupdan çıxmaq məqsədimiz yoxdur – biz sadəcə olaraq xal ala biləcək oyunlarda bu xalları qazanmalıyıq. Qrupun favoritləri deyilik. Bəzən bu bizim xeyirimizədir. Lakin unutmaq lazım deyil ki, bizə seçmə mərhələdə olan ən çətin qrup düşüb. Siz ki gördünüz, Almaniya Türkiyə ilə nə etdi.
 
Bəli, 3:0 hesabı ilə. Hesab etmirsiz ki, türklər Bakıda hirsli olacaq?
Evdə oynamaq bir az asandır. Həm də nəzərə alaraq ki bu indiki "seçmədə" bizim ilk ev oyunumuz olacaq. Yeri gəlmişkən, Almaniya ilə oyundan sonra Arda mənə bir şey dedi...
 
Deyə bilərsiniz o nə söylədi?
O dedi ki, almanlara ona görə məğlub oluruq ki, onlar futbolçu kimi təbii qazonlarda böyüyür, uşağlığın orada keçirir. Biz isə süni ot örtüylərində çalışırıq. Bizdə hətta süni qazonlarda oyunlar da keçirilir! Bu da daimi zədələrə, menisklə bağlı problemlərə, vaxtından tez karyeranın bitirməyinə gətirib çıxarır. Almaniya və Avstriya uşağlarının məşq etdikləri şərait bizim bəzi klublarımızın şəraitindən qat-qat üstündür.
 
Komandamızın əldə etdiyi nəticələrə nəzərə alaraq, elə hesab etmək olar ki, bizim futbolçularımıza Avropaya getmək hələ ki tezdir?
Mən bunu deməzdim. Bütün matçlar bir-birinə bənzəmir. Misal üçün, "Qarabağ"-ın iki il dalbadal avrokuboklarda etdiyini yada salın. Əla komandları məğlub edirdi. Futbolçularımız Avropada oynaya bilər. Və nə qədər ki, çox futbolçumuz Avropada oynayacaq, o qədər də yaxşıdır.
 
O qədər də əla futbolçusu olmayan Estoniya və Azərbaycanın imkanlarından bir faizi olmayan Ermənistan kimi komandalar Dünya Çempionatının iştirakçılarına qalib gəlməyi sizə necə təsir edir?
Əlbətdə ki bu bizə pis təsir edir. Biz də sensasiya etməliyik. Lakin gəlin buna başqa tərəfdən də baxaq. Estoniya və Ermənistan qələbə qazanır. Bəs İtaliya, Fransa, Portuqaliya kimi komandalar necə? Onlarda açıq-aşkar böhrandır! Böyük yığmalar ortabab komandaları məğlub edə bilmirsə, bizdən nə istəmək olar?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.