10 oktyabr 2010 00:03
"Azərbaycana iki qol vura bildiyim üçün çox şadam"
Avstriya yığmasının gənc ulduzu Marko Arnautovic AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirilmiş oyun barəsində (3:0) öz fikirlərini bildirdi. "Çalışıram ki hər oyunda yığmaya kömək edim. Və bu istəyim öz bəhrəsini verir. Çox şadam ki, Azərbaycanla oyunda üç xal eldə edə bildik və mən bu oyunda iki topun müəllifi oldum. İndi isə bütün fikirlərimiz Belçikaya yönəlib", - azerisport.az xəbər verir ki, bunu Arnautoviç Avstriya mətbuatına söylədi.
