10 oktyabr 2010 00:08
Vaqif Cavadov: Erkən qol hər şeyi korladı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya ilə keçirilmiş oyun barəsində (0:3) azerisport.az saytına öz fikirlərini bildirdi. "Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Lakin erkən qol hər şeyi korladı. Vurulan qoldan sonra avstriyalılar daha inamlı oldular. Biz isə ikinci hissədə "söndük", - Cavadov dedi.
