10 oktyabr 2010 00:13
Sebastyan Prödl: Azərbaycanla oyuna pis başlamışdıq
Avstriya yığmasının müdafiəçisi Sebastyan Prödl AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirilmiş oyun barəsində (3:0) Avstriya mətbuatına öz fikirlərini bildirdi. "Erkən qol vura bildiyimə görə sevinirəm. Lakin buna baxmayaraq, oyuna pis başlamışdıq. Həm Qazaxstan, həm də Azərbaycan komandaları ilə görüşdə o qədər də yaxşı futbol göstərə bilmədik", - azerisport.az xəbər verir ki, bunu Azərbaycanın qapısına vurulan ilk qolun müəllifi Prödl dedi.
