11 oktyabr 2010 14:05
Saşa Yunisoğlu: Türkiyəyə qalib gəlmək lazımdır
Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu Türkiyə ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi. "Avstriyadaki məğlubiyətə görə günahkar axtarmaq istəmirəm. Artıq oyunun təhlilini aparmışıq. İrəliyə baxmaq və Türkiyəyə qalib gəlmək lazımdır. Cəmi üç gündən sonra oynamaq çətindir. Amma bizi hazırlaşdıracaqlar", - azerisport.az xəbər verir ki, bunu Yunisoğlu dedi.
