11 oktyabr 2010 18:50
Emre Belezoğlu: Üç xal qazanmaq üçün çox yaxşı şanısımız var
Türkiyə yığmasının yarımmüdafiəçisi Emre Belezoğlu Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi. "Arda bizim üçün çox vacib oyunçudur. Əlbətdə ki, biz onu Bakıda görmək istəyirdik. Üç xal qazanmaq üçün çox yaxşı şanısımız var. Qabaqları belə yığmalarla oyunlarda xal itirirdik. İndi isə bu yolverilməzdir", - azerisport.az xəbər verir ki, bunu Emre dedi.
