11 oktyabr 2010 18:58
Qus Hiddink: Bilirəm ki, Azərbaycan evdə daha yaxşı oynayır
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi.
"Sabah keçiriləcək oyunda Berlindəki məğlubiyyətə görə bəraət qazanmalıyıq. Əgər Azərbaycana qalib gələ bilsək, AVRO-2012-yə olan yolumuza davam edəcəyik. Bugünküheyətdə zədəli futbolçu yoxdur, hər biri matça hazırdır. Üç xal qazanmalıyıq. Biz buna nail ola bilərik", - azerisport.az xəbər verir ki, bunu Hiddink dedi.
Onun sözlərinə görə, o Azərbaycan yığmasının bir neçə oyununu görüb: "Rusiyanın baş məşqçisi olanda Azərbaycanla qarşılaşmışam. Bilirəm ki, evdə onlar daha yaxşı oynayır. Rəqibimiz döyüşkən bir komandadır", - Hiddink vurğuladı.
