11 oktyabr 2010 19:07
Selçuk İnan: Berlindəki məğlubiyyət bizə dərs oldu
Türkiyə yığmasının yarımmüdafiəçisi Selçuk İnan Azərbaycanla AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi.
"Məğlubiyyət bizim üçün faciə olmayacaq. Berlindəki məğlubiyyət bizə dərs oldu. İndi isə Azərbaycana qalib gəlmək lazımdır. Lakin qələbə qazana bilməsək, bu dünyanın sonu demək deyil" , - azerisport.az xəbər verir ki, bunu Selçuk dedi.
