11 oktyabr 2010 00:03
İbrahim Üzülməz: Azərbaycanla oyunda qələbə qazanmalıyıq
İstanbulun "Beşiktaş" klubunun müdafiəçisi İbrahim Üzülməz Türkiyə yığmasının AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya ilə keçilmiş oyun və Bakıda Azərbaycanla baş tutacaq görüş barəsndə öz fikirlərini bildirdi.
"Oyuna televizorda baxırdım. Türkiyədə solaxay oyunçu qalmayıbmı, sol cinaha sağ ayaqla işləyən futbolçunu qoyurlar? Bunu ona görə demirəm ki, yığmaya məni çağırsınlar. Lakin bu mövqeydə çıxış edə biləcək futbolçular ver. Almaniyadaki məğlubiyyətə baxmayaraq, qarşıda hələ də oyunlar var. İnşallah, Azərbaycanla oyunda qələbə qazanacayıq", - azerisport.az xəbər verir ki, Üzülməz bildirdi.
Mənbə: internetspor.com
