11 oktyabr 2010 00:19
Devran Ayhan: Öz zamanımı gözləyirəm
Avqustun sonunda Azərbaycanın "Qarabağ" klubuna qoşulan Devran Ayhan hələ də komandanın heyətində rəsmi oyunlarda debüt edə bilməyib. Azersport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mövsümöncəsi hazırlıq keçməyən yarımmüdafiəçi sonradan zədələnmişdi."Məlum olduğu kimi, mövsümöncəsi hazırlıqlara qatıla bilməmişdim. Təbii ki, bu da hazırlığıma təsir etmişdi. Sonradan formaya düşənə yaxın daha bir şanssızlıq yaşadım və zədələndim. Allaha şükür olsun ki, artıq sağalmışam. Komandayla məşq edirəm. Öz zamanımı gözləyirəm. Qurban hoca hər zaman mənim durumumla maraqlanır, özümü hazır sayıb saymadığımı soruşur. İnşallah, özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. "Qarabağ"-ın heyətində oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm. "Qarabağ"-ın uğurlarında pay sahibi olmaq istəyirəm", - Ayhan dedi.
