11 oktyabr 2010 12:17
"Azərbaycanla oyun çox vacibdir"
Türkiyə yığmasının Azərbaycan millisinə məğlub olması bütün ölkə üçün əsl fəlakət olacaq, futbol mütəxəssisi Erman Toroqlu hesab edir. "Azərbaycanla oyun çox vacibdir. İnşallah, futbolçularımız bu məqalədən nəticə çıxardıb, meydanda mübarizə aparacaq. O zaman biz qalib gələ bilərik. Əgər bu baş verməsə, o zaman biz məğlub olacayıq və bu bütün türk futbolu üçün fəlakət olacaq", - azersport.az xəbər verir ki, bunu Toroqlu bildirdi.
