11 oktyabr 2010 12:35
Azərbaycanın rəqibi UEFA`ya etirazını bildirəcək
Qazaxıstan Futbol Federasiyası qərara aldı ki, Belçika ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş oyunun hakimliyinə UEFA-nın Hakimlik Komitəsinə rəsmi etirazını verəcək.
Azerisport.az xəbər verir ki, Qazaxıstan tərəfinin fikirinə görə, oyunun baş məşqçisi polşalı Marsin Borski bu qarşılaşmada iki kobud səhv buraxdı: görüşün 9-cu dəqiqəsində belçikalı futbolçunun öz cərimə meydançasında əllə oynamasını, 68-ci dəqiqədə isə belçikalıların qapısına vurulan təmiz qolu saymadı.
"Hər iki səhv oyunun nəticəsinə təsir etdi. Hakimliyi qaərəzli, qeyri-peşəkar hesab edirik və bu polşalı hakimin diskvalifikasiya olunmasına nail olmaq niyyətindəyik", - bunu federasiya funksionerlərindən biri Qazaxıstan mətbuatına dedi.
