11 oktyabr 2010 12:39
Rəşad Sadıqov: O Türkiyənin yeganə futbolçusu deyil
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov bildirdi ki, Türkiyə millisində Arda Turanın yoxluğuna görə təəssüflənir. "Çox təəssüf ki, Arda bu oyunda çıxış etməyəcək. Bu futbolçunu çox sevirəm və daim ona azərkeşlik edirəm. Lakin o Türkiyə yığmasının yeganə futbolçusu deyil. Həmçinin, qardaş komandada qələbəni o yox, Emre Belezoğlu və Hamit Altıntop edir", - azerisport.az xəbər verir ki, bunu Sadıqov dedi.
Xatırladaq ki, Azərbaycan – Türkiyə oyunu sabah Tofik Bəhramov adına Respublika stadionunda baş tutacaq.
