11 oktyabr 2010 12:46
Berti Foqts: 20 il əvvəl türklər bizim indiki olduğumuz vəziyyətdə idilər
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts hesab edir ki, Türkiyə futbol cəhətindən ölkəmiz üçün nümunə ola bilər. "Qardaşlarımızdan öyrənilməli çox şey var. 20 il əvvəl türklər bizim indiki olduğumuz vəziyyətdə idilər. Və, yeri gəlmişkən, onlara da qalxmaqda almaniyalı kömək etdi", - azerisport.az xəbər verir ki, bunu Foqts dedi.
Xatırladaq ki, Azərbaycan – Türkiyə oyunu sabah Tofik Bəhramov adına Respublika stadionunda baş tutacaq.
