11 oktyabr 2010 13:00
Mahir Şükürov: Bəzi oyunçularımız formada deyil
Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Şükürov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə keçiriləcək oyundan öncə millimizin durumu barəsində danışdı. "Bizdə hələ ki heçnə alınmır. Bəzi oyunçular formada deyil. "Anjı"-da komanda yoldaşlarımdan ötürmə alıram, buna görə də daha aktiv oynayıram. Azərbaycan çempionatında yığmanı gücləndirə biləcək futbolçu yoxdur. Və 30-dan daha yaşlı futbolçu bizə nəyə görə lazımdır? Qoy özümüzkülər oynasın", - azerisport.az xəbər verir ki, bunu Şükürov dedi.
