12 oktyabr 2010 14:50
"Azərbaycan və Türkiyə yığmaları layiqincə oynayacaq"
Azərbaycanın "Bakı" klubunun keçmiş baş məşqçisi Cüneyt Biçer hesab edir ki, Azərbaycan millisinə qalib gəlmək üçün Türkiyə yığması nəyə qadir olduğunu göstərməlidir.
"Azərbaycan və Türkiyə arasındaki oyun çox maraqlı olacaq. Xallar hər bir komandaya vacibdir. Sizin komandanız ilk iki görüşdə, Türkiyə isə Almaniya ilə oyunda məğlubiyyətlə üzləşdi. Nə isə proqnozlaşdırmaq çox çətindir. Lakin mən inanıram ki, hər iki komanda layiqincə oynayacaq. Bakıdan qələbə ilə qayıtmaq üçün Türkiyə nəyə qadir olduğunu göstərməlidir", - Biçer azerisport.az saytına bildirdi.
