12 oktyabr 2010 15:40
TFF prezidenti: Xoşa gəlməz vəziyyətlərin yaranmasını istəmirəm
Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Türkiyə arasında keçirilmiş oyununda (1:0) baş vermiş hadisələrlə barəsində azerisport.az saytına danışdı. "Hesab etmirəm ki, futbolçulara bu barədə danışmaq lazımdır. Onlar özləri də hər şeyi yaxşı anlayır. 10 il əvvəl baş vermiş hadisələr baş verəcəyini düşünmürəm. Xoşa gəlməz vəziyyətlərin yaranmasını istəmirəm. İnanıram ki, bu görüş əsl qardaşlıq mühitində keçiriləcək. Bu cür oyunlarda biz yalnız müsbət halları görməliyik", - Özgener dedi.
