12 oktyabr 2010 16:19

Devran AYHAN: Türkiyə nəinki üç xal, həmçinin əminlik də əldə etməlidir

Azərbaycanın "Qarabağ" klubunun türkiyəli yarımmüdafiəçisi Devran Ayhan azerisport.az saytına müsahibə verdi.

Azərbaycan – Türkiyə oyunundan nə gözləyirisiniz?
İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyənin üç xala ehtiyacı var. Xüsusən də Almaniyadaki məğlubiyyətdən sonra (0:3). Və Türkiyə nəinki üç xal, həmçinin əminlik də əldə etməlidir. Bu cür böyük hesablı məğlubiyyətdən sonra onlar bu məğlubiyyəti ağır qəbul edən xalq qarşısında bəraət qazanmalıdır.
 
Demək olar ki, Türkiyə mətbuatı yekdilliklə hesab edir ki, qələbə asan əldə olunacaq.
Azərbaycan çempionatında çıxış edən bir futbolçu kimi deyə bilərəm ki, mənim həmyerlilərimə çətin olacaq. Sizin yığmanızın futbolçusu bu oyunda özünü daha sərbəst hiss edəcək. Türkiyə yığmasında stress olacaq. Çünki onlar yalnız qələbə qaznamaq yox, bu qələbəni gözəl oyunla əldə etməlidir. Əminəm ki, sizin komandanız qələbə qazanmaq üçün əliindən gələni edəcək.
 
Bu oyunda kimə azərkeşlik edəcəksiniz?
Açığı deyim ki, əgər sizin komandanıza üç xal lazım olsa idi, o zaman Azərbaycana azərkeşlik edəcəkdim. Lakin hazırda bu xallar AÇ-nın final mərhələsinə çıxmaq üçün mübarizə aparan Türkiyəyə daha lazımlıdır. Amma buna baxmayaraq, Azərbaycan qol vursa mən ayaq üstə əl çalacam.
 
Millimiz rəqibin pis vəziyyətdə olmasından istifadə edə biləcəkmi?
Əgər Türkiyə Berlindəki kimi oyun göstərsə, Azərbaycan qələbə qazana biləcək. Mən buna təəcüblənməyəcəm. Amma inanmıram ki, bu baç verə bilər.
 
Azərbaycana qarşı oynayan Türkiyə yığmasının futbolçusu nə hiss edir?
Əlbətdə ki, qardaşlığı heş kəs unutmayacaq. Lakin düşünmürəm ki, bu meydanda öz təsirini göstərəcək. Meydanda mübarizə olacaq. Mən buna əminəm. Ancaq demək olar ki, centlmenlik hərəkətləri bu oyunda digər görüşlərdən fərqli olaraq daha çox olacaq. Təmiz oyun qaydaları bu oyunda olacaq.
 
Bu komandalar arasında oyundan əvvəl bizdə deyrlər ki, Azərbaycan üç xal verəcək.
Belə söhbətlər həmişə və hər yerdə olur. Buna inanmıram. Bunu təsəvvür edə bilərsiniz? Axı Azərbaycan yığmasının futbolçuları öz ölkəsini təmsil edir.
 
Həmyerlilərinizin 40 faizi artıq bu oyuna bilet əldə edib. Bu komandaya necə kömək edəcək?
Əlbətdə ki, bu Türkiyə üçün müsbətdir. Azərbaycanda iki ildir ki yaşayıram və özümü heç vaxt yad bir insan kimi hiss etməmişəm. Vətənə qayıdanda bunu hər kəsə deyirəm. Ümid edirəm ki, oyundan sonra azərkeşlər bir-birini qucaqlayacaq. Bu cür hərəkətlə biz bütün dünyaya nümunə verə bilərik.
 
Hazırki seçmə mərhələdə Azərbaycan son yeri tərk edə biləcəkmi?
Ümidvaram ki, bu belə də olacaq. Mən Azərbaycana gəldiyimi zamandan buradaki futbol daha da güclənib. Hər mövsüm yaxşı futbolçular peyda olur. Və onlar gec-tez millidə də öz sözlərini deyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.