12 oktyabr 2010 16:40
"Azərbaycanın xal qazanmaq şansı var"
"Bakı" klubunun braziliyalı futbolçusu Jaba Türkiyə ilə oyunda Azərbaycan yığmasına azərkeşlik edəcəyini azerisport.az saytına bildirdi. "Azərbaycanda oynayıram və bu ölkənin yığmasına azərkeşlik edəcəyəm. Əgər Foqtsun komandası layiqincə çıxış etmək istəyirsə, o zaman sona qədər oynamaq lazımdır. Türkiyə Almaniyadan aldığı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyib. Rəqibdən çəkinmək lazım deyil. Azərbaycanın xal qazanmaq şansı var", - Jaba dedi.
