12 oktyabr 2010 17:42
Azərbaycan çempionu Ararat`la qarşılaşacaq
Bu gün Azərbaycanın futzal üzrə çempionu "Araz" klubu UEFA Kubokunun elit raundunda qarşılaşacaqı rəqiblərini bildi. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutmuş püşkatma nəticəsində "Araz"-ın rəqibləri "VİZ-Sinara" (Rusiya), "Montelsilvano" (İtaliya) və "AGBU-Ararat" (Kipr) komandaları oldu. Bu klublar B qrupuna daxil olundu. Qrupun oyunları Rusiyada keçiriləcək.
Digər qruplar:
A "Benfika" (Portuqaliya), "Ekonomas" (Serbiya), "Taym" (Ukrayna), "Nacional" (Xorvatiya).
C "Kayrat" (Qazaxıstan), "Iberiya Star" (Gürsüstan), "Akademia" (Polşa), "Slov-Matik" (Slovakiya).
D "Mursia" (İspaniya), "Sporting" (Portuqaliya), "Hrudim" (Çexiya), "Tırqu-Mureş" (Rumıniya).
Oyunlar müvafiq olaraq Serbiya, Qazaxıstan və Portuqaliyada keçiriləcək.
Qeyd edək ki, bu mərhələnin görüşləri noyabrın 20-dən 28-nə kimi keçiriləcək.
