12 oktyabr 2010 21:01
Azərbaycan Türkiyəyə qalib gələcək
Azerisport.az saytına növbəti səsvermə başa çatdı. Bu dəfə oxucular "AVRO-2012-nin seçmə mərhələsinin Azərbaycan – Türkiyə oyunu hansı hesabla nəticələnəcək?" sualına cavab verdi. Oxucuların 29 faizi oyun "Azərbaycanın kiçik hesablı qələbəsi ilə" başa çatacağını hesab edir. Qalan nəticələr isə bunlardır: Türkiyənin kiçik hesablı qələbəsi ilə - 28%, Türkiyənin böyük hesablı qələbəsi ilə - 15%, "Mənə yığmamızın oyunları maraqlı deyil" – 9%, Azərbaycanın böyük hesablı qələbəsi ilə - 8%, qolsuz heç-heçə ilə - 6%, məhsuldar heç-heçə ilə - 5%, "digər nəticə" – 0%.
